— SƏNAYE PROQRAMLARI —

AVTOMATİKA MÜHƏNDİSLİYİ PROQRAMI

PROQRAM HAQQINDA

Avtomatika mühəndisliyi kursu zamanı əməkdaşlar PLC modulu ilə yanaşı, avtomatikanın ən vacib bütün detalları (sənaye protokolları və sistem arxitekturası, mərkəzi dispetçer idarəsi, bina avtomatikası, ağıllı ev sistemləri) və əlavə olaraq vacib elementlər elektrik sxemləri, ümumi elektronika, ölçmə texnikası və ölçü cihazları, sahə bacarıqları haqqında nəzəri və təcrübi biliklər mənimsəməklə yanaşı, avtomatikanın əsas hissəsi olan PLC modulunu dünya təcrübəsinə əsasən 2-ci səviyyədə (irəli səviyyədə) fərqli əməliyyat sistemləri, modelləri və siniflərini rahat şəkildə öyrənmək imkanı əldə edəcəklər.

Beynəlxalq standartlar və normalar (ISO, IEC, IEEE, NEMA, ANSI) əsasında tərtib olunmuş tədris modulları və avtomatikanın gələcəyi hesab olunan yeni trendler (industry4.0, IOT, Big Data, Cyber-physical systems və s.) haqqında spesifik biliklər əldə etmək üçün kursa qoşula bilərsiniz.

TƏLİM & İMTAHAN CƏDVƏLİ

Bu proqram üçün müəyyən bir təlim və ya imtahan yoxdur. Proqramlarımız haqqında daha ətraflı məlumat üçün bizə müraciət edin.