kurumsal
Sənaye, ticarət və sənətkarlıq müəssisələrindən, səhiyyə və yerli hakimiyyət orqanlarından tutmuş elmi və tədqiqat müəssisələrinə qədər hər sahədə təhlükəsizliyi, keyfiyyəti, yeniliyi, ətraf mühitin qorunmasını və iş maraqlarını təmin edirik.
40-dan çox ölkədə 2000-dən çox əməkdaşımız dünya miqyasında müştərilərimiz və tərəfdaşlarımız üçün çalışır. 1872-ci ildən bəri, sahib olduğumuz 140 ildən artıq bir tarix və 30 ildən çox beynəlxalq təcrübə ilə, dəyərli müştərilərimizə müxtəlif sahələrdə ən yüksək səviyyədə xüsusi xidmətlər təqdim edirik:
- Sənaye Xidmətləri
- Test ve İnspeksiya Xidmətləri
- Kiber Təhlükəsizlik və Məlumatların Qorunması
- Sığorta Xidmətləri
- Təlim və Əlavə Təhsil
Səriştə, müxtəliflik, beynəlxalq oriyentasiya və ənənə inteqrasiya olunmuş təhlükəsizlik, keyfiyyət, ətraf mühit və texniki resursların idarə olunması üçün xidmət portfelinin əsasını təşkil edir. TÜV AUSTRIA, bütün fəaliyyətləri ilə müştərilərimiz, tərəfdaşlarımız və işçilərimiz üçün təhlükəsizlik və əlavə dəyər yaradır.
TÜV AUSTRIA tərəfindən hazırlanan sənədlər, Avropa İqtisadi Bölgəsi daxilində və dünyanın bir çox ölkəsində tanınır. Bu, yüksək dərəcədə hüquqi təhlükəsizliyi və iqtisadiyyatda və ictimaiyyətdə bütün səlahiyyətli qrumları ilə birgə qəbul edilməsini təmin edir.
VİZYON VƏ MİSSİYA
- Təhlükəsizliyə xidmət edərkən muxtariyyət (özünüidarəetmə) və bitərəflik ana prinsipimizdir.
- Bütün xidmətlərimizi etik və sosial məsuliyyət çərçivəsində yerinə yetiririk.
- Missiyamız təhlükəsizlik və keyfiyyət sahələrində davamlı inkişafı təmin etməkdir.
- TÜV Austria qrupu müstəqil şirkətdir və bütün qazanclarını şirkətə investisiya olaraq geri köçürür.
Bir sözlə, söhbət "TÜV Austria Xidmətləri”ndən gedərsə aşağıda qeyd olunan üç məqamdan əmin ola bilərsiniz:
- Xarici səhmdarlar... YOX!
- Borc götürülmüş kapital... YOX!
- Ödənilmiş dividentlər.... YOX!
TÜV AUSTRIA AZƏRBAYCAN
TÜV Austria Azərbaycan "MMC TÜV Austria" şirkətlər qrupunun Bakıda yerləşən filialıdır və 22 sentyabr 2017-ci il tarixində Azərbaycanda Dövlət Qeydiyyatına alınmışdır. Şirkət:
- İdarəetmə sistemlərinin
- Qida və kənd təsərrüfatı sənayesinin
- İstehsalat və tikinti proseslərinin sertifikatlaşdırılması
- (ISO 9001, ISO 14001, ISO 45001 - OHSAS 18001, ISO 27001, ISO 31001 və digər ISO standartları)
- Azərbaycanda sertifikatlaşdırılmış təlimlərin təşkil edilməsi və s. kimi xidmətlər göstərir
Ümumilikdə TÜV Austria şirkətinin portfelində 300-dən artıq xidmət sahəsi var və 40-dan çox ölkədə fəaliyyət göstərir.
BİZİM KOMANDA
Təcrübəli və peşəkar heyətimizlə sizə Azərbaycanda TÜV Austria keyfiyyətini təqdim edirik.
Bizimlə tanış olmaq və birbaşa bizimlə əlaqə saxlamaq istəyirsiniz?
ƏTRAFLI ƏLAQƏUlkar Guliyeva
- Direktor
- ulkar.guliyeva@tuv-az.com
Rahimə Cavanşirli
- Əməliyyat Meneceri
- rahima.javanshirli@tuv-az.com
Asmar Alihuseynova
- Maliyyə Meneceri
- asmar.alihuseynova@tuv-az.com
Leyla Habibova
- Baş Mühasib
- leyla.habibova@tuv-az.com